Sədr: "Turizmdə çalışan gənclərin başqa yerdə iş axtarmamasına çalışırıq”

Sədr: "Turizmdə çalışan gənclərin başqa yerdə iş axtarmamasına çalışırıq” “Hazırda biz yay turizminə hazırlaşırıq"
Turizm
9 Aprel , 2021 15:51
Sədr: Turizmdə çalışan gənclərin başqa yerdə iş axtarmamasına çalışırıq”

“Hazırda biz yay turizminə hazırlaşırıq. Bununla bağlı xüsusi təbliğat proqramı olacaq. Amma hər şey eyni zamanda epidemioloji vəziyyətdən asılı olacaq".

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, koronavirus (COVID-19) pandemiyasının turizm sahəsində çalışanların sayının azalmasına səbəb olduğunu qeyd edib: "Pandemiya bütün dünyada iqtisadiyyatın əksər sahələrinə ciddi ziyan vurub. Xüsusilə turizm sektoruna böyük zərbə dəyib. Bizdə olan məlumata görə, 2019-cu ildə təxminən 80 min nəfər turizm sahəsində işləyirdi. Dövlət turizm qurumu olaraq biz azalma olduğunu görürük. Çünki insanlar özünə iş axtarırlar, müxtəlif işlərlə məşğul olmaq istəyirlər. Əlbəttə ki, biz bunun qarşısını almaq istəyirik, turizmdə çalışan gənclərin başqa yerdə iş axtarmamasına çalışırıq. Əsas vəzifəmiz odur ki, gəncləri saxlayaq və gələcəkdə yeni kadrlar yetişdirməyək. Hazır kadrlarımız var. Yəqin ki, tezliklə bu sənaye bərpa olunacaq”.

Son xəbərlər

Orphus sistemi