Şarja ilə Bakı arasında birbaşa aviareyslər açılır

Şarja ilə Bakı arasında birbaşa aviareyslər açılır BƏƏ-nin “Air Arabia” aviaşirkəti Azərbayacana uçuşları bərpa edir
Turizm
21 İyun , 2021 18:00
Şarja ilə Bakı arasında birbaşa aviareyslər açılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Azərbaycana uçuşları bərpa edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Şarja ilə Bakı arasında birbaşa aviaresylər iyulun 11-də bərpa edilir.

Artq bu istiqamətdə biletlər satışa çıxarılıb.

Qeyd edək ki, hazırda “Fly Dubai” aviaşirkəti Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirir.

Həftədə 5 dəfə bazar ertəsi və çərşənbə günləri istisna olmaqla digər günlər həyata keçirilir. Gediş haqqı “ekonom klass”da gediş-gəliş daxil olmaqla təqribi 690-750 manatdan başlayır, “biznes-klass” da isə gediş-gəliş təqribən 4 700 manatdan başlayır.

Bakıdan Dubaya həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftənin bazar ertəsi, çərşənbə və cümə günləri aviareyslər yerinə yetirir. “Ekonom klass”da gediş-gəliş daxil olmaqla 695 manatdan başlayaraq biletlərin satışı həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi