Sahibkarlar Almaniyada keçiriləcək "Drinktec 2017" sərgisinə dəvət ediliblər

Sahibkarlar Almaniyada keçiriləcək "Drinktec 2017" sərgisinə dəvət ediliblər Sərgi bu il sentyabrın 11-dən 15-dək davam edəcək
Turizm
14 Mart , 2017 20:52
Sahibkarlar Almaniyada keçiriləcək Drinktec 2017 sərgisinə dəvət ediliblər

Bakı. 14 mart. REPORT.AZ/ Almaniyada içki və maye qida sənayesi üzrə dünyanın aparıcı ticarət sərgisi olan “Drinktec 2017” keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Münhen şəhərində baş tutacaq sərgi sentyabrın 11-dən 15-dək davam edəcək. Dörd ildən bir keçirilən “Drinctec 2017” sərgisi dünya miqyasında bir nömrəli platforma sayılır. Tədbirdə istehsalçılar istehsal üçün son texnologiyaları, bütün növ içkilərin doldurulması və qablaşdırılması, xammal, logistika həlləri daxil olmaqla məhsul və xidmətlərini nümayiş etdirir.

Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (tel.: +99412 4483995, e-poçt: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi