Rusiyalı turistlərin Azərbaycana marağı kəskin artıb

Rusiyalı turistlərin Azərbaycana marağı kəskin artıb Azərbaycan rusiyalı turistlərin 2020-ci ilin yayı üçün ən populyar turistik istiqamətləri üzrə “top-10”a daxil olub.
Turizm
175
13 Mart , 2020 15:48
Rusiyalı turistlərin Azərbaycana marağı kəskin artıb
Report

Azərbaycan rusiyalı turistlərin 2020-ci ilin yayı üçün ən populyar turistik istiqamətləri üzrə “top-10”a daxil olub.

“Report” xəbər verir ki, bunu “Tutu.ru” səyahət xidməti mütəxəssislərinin 2020-ci ilin yayına satılmış bütün aviabiletlər üzrə apardığı təhlil göstərir.

Belə ki, xidmətin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan ötən illə müqayisədə 4 pillə irəliləyərək 10-cu yerə yüksəlib.

Rusiyalılar ən çox Monteneqroya (10%) bilet alıblar. İspaniya (6,7%) və Qazaxıstana (6,5%) gedənlər də çox olacaq.

Ötən illə müqayisədə ən çox Monteneqro (21%), Qazaxıstan (42%), Almaniya (25%) və Azərbaycana (32%) səfərlərə maraq artıb. Əvəzində İspaniya (27%), İtaliya (22%), Bolqarıstan (16%), Yunanıstan (19%), Türkiyə (15%) və Gürcüstana (56%) tələbat azalıb.

Son xəbərlər

Orphus sistemi