Bakı. 4 mart. REPORT.AZ/ Bu ilin ilk iki ayında Antalyaya gələn xarici turistlərin sayı 2,9% azalaraq 241 mindən 234 minə düşüb.
“Report” Aralıq dənizi Turistik Otelçilər və İdarəçilər Birliyinin (AKTOB) Türkiyə mediasına verdiyi hesabata istinadən bildirir ki, yanvar-fevral aylarında Rusiyadan gələn ziyarətçilərin sayı 41% düşərək 36 mindən 21 min nəfərə qədər enib.
Eyni dövrdə İngiltərə bazarında 17% geriləmə müşahidə olunub, Danimarkada 51%, Avstriyada 13%, İsveçdə 30%, İsraildə 35%, Ukraynada 25%, Fransada isə azalma 70% olub.
Bəzi ölkələr üzrə isə eyni dövrdə turist artımı qeydə alınıb. Belə ki, Almaniyadan gələn ziyarətçilərin sayı 16,3% artaraq 104 mindən 121 minə yüksəlib. Hollandiyadan gələn türistlərin sayı 7,8%, Belçikada 16%, Finlandiyada 180%, İsveçrədə 20%, Polşada 117%, İtaliyada 121% artıb. İrandan gələn turistlərin sayı da son iki ayda 44% artıb.