Rusiya turizm agentliklərinin təmsilçiləri Azərbaycanda səfərdə olublar

Rusiya turizm agentliklərinin təmsilçiləri Azərbaycanda səfərdə olublar Qonaqlar paytaxtla yanaşı, Naftalan, Şamaxı, Qəbələ, Şəki və Qusardakı “Şahdağ” Turizm Mərkəzi ilə də tanış olublar
Turizm
21 Noyabr , 2016 20:34
Rusiya turizm agentliklərinin təmsilçiləri Azərbaycanda səfərdə olublar

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour a vent” şirkətinin təşkilatçılığı ilə Moskvada fəaliyyət göstərən 16 turizm agentliyinin nümayəndələri reklam turu çərçivəsində Azərbaycana səfər ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən xəbərə görə, rusiyalı turizm təmsilçiləri paytaxtla yanaşı, Naftalan, Şamaxı, Qəbələ, Şəki və Qusardakı “Şahdağ” Turizm Mərkəzi ilə də tanış olublar.

Bakıda Şirvanşahlar sarayı, Yanardağ, Atəşgah məbədi ilə tanışlıq xarici qonaqlarda zəngin təəssürat yaradıb. Regionlara səfər turunda turizm nümayəndələri “Shahdag Hotel&SPA”, “Shamaxi Palace Sharadil”, “Qafgaz Riverside”, “Sheraton Hotel Airport”, “Qafqaz Baku City” hotellərinə baş çəkiblər.

Ölkənin müalicəvi turistik məkanları qonaqların marağına səbəb olub. Müalicəvi Naftalan neftinin, Qalaaltı suyunun faydaları, Azərbaycanın ilk dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzi və kompleksin gələcək inkişaf perspektivləri, digər istirahət və əyləncə mərkəzləri haqqında rusiyalı nümayəndələrə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi