Rusiya əleyhinə yeni virus yayılıb

Rusiya əleyhinə yeni virus yayılıb "Symantec" şirkəti bunu indiyədək ən inkişaf etmiş kompüter virusu adlandırır
Turizm
24 Noyabr , 2014 17:08
Rusiya əleyhinə yeni virus yayılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Kompüter təhlükəsizliyi şirkəti olan "Symantec" bu vaxta qədər "ən inkişaf etmiş kompüter virusu"nu təsbit etdiyini açıqlayıb. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, virus kompüterə düşdüyü vaxtdan etibarən fəaliyyətə keçir və ekran görüntüsünü çəkə, şifrəni oğurlaya, silinən faylları yenidən bərpa edə bilir.

Mütəxəssislər "Regin" adlanan casus virusunun ən çox Rusiya, Səudiyyə Ərəbistanı və İrlandiyadakı dövlət təşkilatlarını, şirkətləri və fərdləri hədəfə aldığını söyləyib.

Araşdırmaçılar virusun inkişaf etmiş bazaya sahib olduğunu, dövlətlərdən birinin kibercasusluq fəaliyyətində istifadə edilməsi məqsədilə yaradıldığını açıqlayıb.

Araşdırmaçılara görə, bu virusu yaratmaq və onu möhkəmləndirmək, illər olmasa belə, aylarla vaxt tələb edib və yaradıcıları virusun izini itirməsi üçün əllərindən gələni edib.

"Symantec"in təhlükəsizlik strategiyası üzrə mütəxəssisi Sian Con (Sian John) hesab edir ki, bu, Qərb dövlətləri tərəfindən hazırlanıb: "Bacarıq və hazırlanma texnologiyasına fikir verdikdə anlamaq olur ki, bu, Qərb texnologiyası ilə hazırlanıb".

"Symantec" şirkəti casus virusunu ABŞ və İsrail tərəfindən İranın nüvə proqramını hədəf alması üçün hazırlandığı ortaya atılan "Stuxnet" ilə müqayisə edib. Onların fikrincə, "Stuxnet" kompüter sisteminə və digər avadanlıqlara zərər vermək üçün hazırlandığı halda, "Regin" isə sırf məlumat toplamaq məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi