Qoruqların ziyarətçiləri qəbul edəcəyi vaxt açıqlanıb

Qoruqların ziyarətçiləri qəbul edəcəyi vaxt açıqlanıb Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar yanvarın 2-dən etibarən ziyarətçi qəbul edəcək.
Turizm
28 Dekabr , 2019 18:13
Qoruqların ziyarətçiləri qəbul edəcəyi vaxt açıqlanıb

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar yanvarın 2-dən etibarən ziyarətçi qəbul edəcək.

“Report”a bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi