Əbülfəs Qarayev: "Qiymət artımı turizm sektoruna təsir etməyəcək"

Əbülfəs Qarayev: "Qiymət artımı turizm sektoruna təsir etməyəcək" "Bu gün yeni turizm zonalarının yaradılması istiqamətində iş gedir"
Turizm
30 Noyabr , 2016 13:23
Əbülfəs Qarayev: Qiymət artımı turizm sektoruna təsir etməyəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması turizm sektoruna təsir etməyəcək".

"Report"unQarabağ bürosunun verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 3 turizm zonası var: "Bu gün yeni turizm zonalarının yaradılması istiqamətində iş gedir. Hazırda həmin turizm zonalarında müxtəlif xidmətlərə müəyyən dərəcədə güzəştlərin tətbiq olunması haqda məsələ gündəmdədir". 

Son xəbərlər

Orphus sistemi