Qazaxıstan Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Qazaxıstan Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir Marat İqaliyev: "Azərbaycanda son illər turizm yaxşı inkişaf edir"
Turizm
5 Fevral , 2017 19:34
Qazaxıstan Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyevlə görüşüb.

"Report" xəbər verir ki, danışıqlardan sonra İqaliyev Qazaxıstanın Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

"Biz iki ölkənin turizm sahəsində inkişaf və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Azərbaycanda turizm son illər yaxşı inkişaf edir. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində "odlar yurdu"nu ziyarət edən turistlərin sayı 1,7 milyon nəfərə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 169 min 430 nəfərə və ya 10,9 faizə çatıb", - deyə o öz "Facebook" səhifəsində yazıb.

İqaliyev, eyni zamanda qeyd edib ki, Qazaxıstandan Azərbaycana gedən turistlərin sayında 17,2 faiz artım olub. Onun sözlərinə görə, Azərbaycan tərəfi Astanaya gələn turistlərin sonra onların da ölkəsini ziyarət edə bilməsində maraqlıdır.

"Öz növbəsində, onlar öz ölkələrinə gələn turistlərin sonradan Qazaxıstana yönləndirilməsi üzrə işləməyə hazırdırlar", - deyə Marat İqaliyev bildirib.

Son xəbərlər

Orphus sistemi