"Qatar Airways" yeni endirim aksiyası keçirib

"Qatar Airways" yeni endirim aksiyası keçirib Endirimli aviabiletlərin satışı mayın 15-dək davam edəcək
Turizm
31 Mart , 2015 09:57
Qatar Airways yeni endirim aksiyası keçirib

Bakı. 31 mart. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti yaz endirim aksiyasına başladığını elan edib. “Report” aviaşirkətin məlumatına əsasən bildirir ki, aksiya daxilində Azərbaycandan bir sıra istiqamətlərdə olan uçuşlara xüsusi "ekonom" sinif tarifləri tətbiq olunmaqla endirimlər yer alıb. Endirimli uçuşlar Bakı-Banqkok (710 manat), Bakı-Cakarta (851 manat), Bakı-Kuala Lumpur (858 manat), Bakı-Sinqapur (899 manat) istiqamətlərinə aiddir.

Qeyd edək ki, endirimli aviabiletlərin satış müddəti mayın 15-nə kimidir, uçuş isə aprelin 30-dan iyunun 17-nə kimi reallaşdırılmalıdır. Güzəştlər yalnız "ekonom" sinifə (O, T və Q) aiddir. "O" sinfi üçün məntəqədə ən az qalma müddəti 4 gün, "T" və "Q" sinifləri üçün - ən az 2 gün müəyyən edilib. Maksimal qalma müddəti isə "O" sinfi üçün 1 ay, "T" üçün 2 ay, "Q" sinfi üçün isə 3 aydır. Satılmış biletlər ləğv olunmur.

Son xəbərlər

Orphus sistemi