Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb

Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb ​​​​​​​Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində iştirak edir
Turizm
267
16 May , 2021 12:35
Qarabağın turizm potensialı ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırma başlayıb

Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində iştirak edir.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, bu, ölkəmizin koronavirus (COVID-19) pandemiyası başlayandan bəri beynəlxalq turizm sərgilərində ilk canlı iştirakıdır: “İndiyə qədər biz sərgilərdə yalnız onlayn təmsil olunurduq, bu dəfə isə canlı iştirak edirik. Azərbaycan stendində Qarabağın, o cümlədən Şuşa şəhərinin turizm potensialı ilə bağlı ilk dəfə məlumat var. Ona sərgi iştirakçılarının böyük maraq göstərir".

Son xəbərlər

Orphus sistemi