Qarabağ regionu üzrə bələdçi hazırlığı üçün vebinarlara start verilir

Qarabağ regionu üzrə bələdçi hazırlığı üçün vebinarlara start verilir Noyabrın 16-dan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) ilə birgə Qarabağın turizm potensialı ilə bağlı bələdçilər üçün vebinarlara start verir.
Turizm
3 Noyabr , 2020 15:56
Qarabağ regionu üzrə bələdçi hazırlığı üçün vebinarlara start verilir
Fuad Nağıyev

Noyabrın 16-dan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) ilə birgə Qarabağın turizm potensialı ilə bağlı bələdçilər üçün vebinarlara start verir.

“Report” xəbər verir ki, bu barədə DTA-nın sədri Fuad Nağıyev bildirib.

Qarabağ xalçası, Alban məbədləri, qastronomiya, şərabçılıq, flora və fauna ehtiyatları, etnoqrafik məqamlar və digər mövzuları əhatə edəcək vebinarlar ümumilikdə 12 mövzudan ibarət olmaqla hər biri 2 saat ərzində davam edəcək.

Təşkil ediləcək sual-cavab sessiyasında iştirakçılar qonaq spikerə suallarını ünvanlaya biləcəklər.

Qiymətləndirmə mərhələsində qrup işi üzrə tərtib edilmiş mədəni turizm marşrutu broşür formatında hazırlanaraq sənaye nümayəndələrinə təqdim ediləcək.

Vebinarlar silsiləsində iştirak etmək istəyən namizədlər müraciətlərini mövzu bölməsinə “Qarabağ” yazmaqla ad, soyad və əlaqə nömrəsini qeyd edərək [email protected] elektron poçtuna ünvanlaya bilərlər.

İştirak üçün son müraciət tarixi 10 noyabrdır.

Son xəbərlər

Orphus sistemi