Qafqazın şərab marşrutu xarici bazarlara təqdim ediləcək

Qafqazın şərab marşrutu xarici bazarlara təqdim ediləcək “Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən ilk şərab marşrutunun yaradılması regionda turizmin daha geniş təbliğinə imkan verə bilər”.
Turizm
27 Yanvar , 2020 11:59
Qafqazın şərab marşrutu xarici bazarlara təqdim ediləcək

“Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən ilk şərab marşrutunun yaradılması regionda turizmin daha geniş təbliğinə imkan verə bilər”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Bakıda Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı assambleyada deyib.

O vurğulayıb ki, Azərbaycan şərab turizmini genişləndirimək əzmindədir: “Bunun üçün həmkarlarımızla uğurlu təcrübəni bölüşəcəyik. Şərab marşrutunun yaradılması ilə həmçinin şərabçılıq sahəsində olan təcrübəmizi genişləndiririk. Şərabçılıq Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən sahəsidr. Qafqazın şərab marşrutunun yaradılması isə turistlərə bir sıra ölkələrə səfər etmək şansı verir”.

Xatırladaq ki, Qafqazın şərab marşrutunun əhatə etdiyi ölkələr bu il silsilə tədbirlər həyata keçirərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.

Jurnalistlərə açıqlama verən Azərbaycan Turizm Bürosunun turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova usə bildirib ki, Azərbaycan, Gürcüstan və Rusiya ilə birlikdə Avropa Şurası ilə 2020-ci ildə şərabçılıq sahəsində əməkdaşlığı əhatə edən saziş imzalayıb: “Bununla da 3 ölkə birlikdə fəaliyyət planı həyata keçirəcək. Turistlər şərab marşrutu üzrə hər 3 ölkəni əhatə edən şərab turizmini kəşf edəcəklər. Bu marşrutun elementləri müəyyənləşdiriləcək və onların üzərində işarələnmə olacaq. Hazır marşrutu həm Avropa Şurası, həm də yerli resurslar xarici bazarlara təqdim edəcək. Üç ölkənin tur operatorları bu turizm marşrutunu təbliğ edəcəklər”.

Son xəbərlər

Orphus sistemi