Prezident: "Bu binanın sökülməsi və yerinə yeni göydələnin tikintisi planlarının qarşısını aldım"

Prezident: "Bu binanın sökülməsi və yerinə yeni göydələnin tikintisi planlarının qarşısını aldım" Bakı. 11 may. REPORT.AZ/ Mən, həqiqətən də, çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılıb.
Turizm
11 May , 2018 15:00
Prezident: Bu binanın sökülməsi və yerinə yeni göydələnin tikintisi planlarının qarşısını aldım
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "Mən, həqiqətən də, çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılıb".

"Report" xəbər verir ki, bunu mayın 11-də Bakıda “Dinamo” otelinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, bu binanın böyük tarixi var: "Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm. Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq.

Prezident İlham Əliyev bildirib ki, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır: "Lakin eyni zamanda tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır".

Dövlət başçısı qeyd edib ki, “Dinamo” otelinin açılışı əlamətdar hadisədir: "Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər".

Prezident deyib ki, Bakı sürətlə inkişaf edir: "Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq.

Sizə uğurlar arzulayıram. Şadam ki, “Dinamo” adı və keçmişin rəmzləri qalıb. Bu, bir daha onu nümayiş etdirir ki, biz tariximizin bütün dövrlərinə hörmətlə yanaşırıq. Bu, bizi daha güclü edir və bu, həqiqətdir.

Bir daha sizi təbrik edirəm. Azərbaycanı regionumuzun ən cəlbedici turizm məkanlarından birinə çevirməyə kömək etmək işinizdə burada sizə çox məhsuldar fəaliyyət arzu edirəm. Çox sağ olun".

Son xəbərlər

Orphus sistemi