Post-pandemiyada alternativ turizmlə bağlı forum keçirilib

Post-pandemiyada alternativ turizmlə bağlı forum keçirilib Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının və Skal İnternational Baku klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və Dogan GeoTermal Hattusa Vacations Clubun dəstəyi ilə 1-ci Azərbaycan Türkiyə Online Turizm Forumu baş tutub.
Turizm
23 May , 2020 17:55
Post-pandemiyada alternativ turizmlə bağlı forum keçirilib

Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının və Skal İnternational Baku klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və "Dogan GeoTermal Hattusa Vacations Club"un dəstəyi ilə 1-ci Azərbaycan Türkiyə Online Turizm Forumu baş tutub.

Bu barədə “Report” assosiasiyaya istinadən məlumat verir.

Bildirilib ki, “Post-pandemiya dövründə Azərbaycan və Türkiyə arasında alternativ turizm növlərinin inkişaf etdirilməsi, təhlükəsizlik dəhlizlərinin yaradılması konsepsiyası, sağlamlıq və termal turizm fəaliyyətləri” mövzusunda keçirilən online forumda Türkiyə tərəfindən "Doğan Jeotermal" qrupunun və "Hattuşa Vacation Thermal Club"un idarə heyətinin sədri Mehmet Ali Dogan, "Dogan Jeotermal" qrupunun baş direktoru Tolgay Benderli, Jeotermal Vakfı və "Devretatil yatırımcı və pazarlamacılar derneyi"nin idarə heyətinin üzvləri və digərləri iştirak ediblər.

Azərbaycan tərəfindən isə Milli Məclisinin deputatı Vuqar Bayramov, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov,  Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, icraçı direktoru Tərlan Quliyev, "Skal İnternational Baku klubu"nun prezidenti Ceyhun Aşurov, İqtisadiyyat Nazirliyinin və KOBİA-nın nümayəndəsi Asif Cəfərov, Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nərmin Qəniyeva, müalicə-kurort sanatoriyaların nümayəndələri iştirak ediblər.

R.Quliyev çıxışında Azərbaycan və Türkiyə arasında turizm və sağlamlıq turizmin mümkün potensialından və inkişafın danışaraq iştirakçılara ətraflı məlumat verib. 

C.Aşurov pandemiya dövründə sektorun cari vəziyyəti və post pandemiya dövründə baş verə biləcək vəziyyətlə bağlı fikirlərini bildirib. 

M.A.Dogan Azərbaycanın Türkiyə üçün önəmli turizm destinasiyası, eyni zamanda, türk iş adamlarının sərmayə qoyması üçün əlverişli və qardaş ölkə olduğunu vurğulayıb.

“Hattusa Vacation Club” otelləri haqqında və timesharing haqqında iştirakçılara təqdimat edən T.Benderli pandemiya dövründə otellərin doluluq səviyyəsinin 80%-dən artıq olduğunu bildirib. Xüsusi tətbiq edilən satış mexanizmi adlandırılan timesharing proqramını qısa zamanda Azərbaycan otelləri üçün də tətbiq ediləcəyindən bəhs edib. 

V.Bayramov Milli Məclisdə keçirilən iclasın yekunu olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin və investisiya dövriyyəsinin artmasına dair qərarlar bəs bəhs edib. 

“Lənkaran Spring Resort” otelinin baş meneceri Elmar Ağayev otelin təqdimatını edərək regionun və otelin sağlamlıq turizm potensialı haqqında iştirakçılara məlumat verib. 

Qaşaltı Naftalan Sanatoriyasının doktor-dermatoloqu Rəna Kəngərli sanarotiyada müalicə və Naftalanın potensialı haqqında təqdimat edib.

Qeyd edək ki, qarşılıq sual və fikir mübadiləsi ilə keçən forumda 60-dan çox sektor nümayəndələri də iştirak edib.

Bundan başqa, iki ölkə arasında bundan sonra da davamlı olaraq forum, konfrans və yatırımla, turizm və sağlamlıq turizmin inkişaf amillərini gücləndirəcək proseslərin davam etdiriləcəyini bildirən AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev post-pandemiya dövründə daxili turizmin inkişafı istiqamətində zəruri addımların atılması ilə bağlı təklifləri səsləndirib.

Son xəbərlər

Orphus sistemi