Bakı. 13 may. REPORT.AZ/ Polşanın Azərbaycandakı səfirliyi Qafqaz Universiteti tərəfindən təşkil edilmiş “Gənclik Bayramı və Multikulturalizm” adlı festivalda iştirak edib.
"Report"un Polşanın Azərbaycandakı səfirliyinə istinadən veridyi xəbərə görə, festival Bakıda diplomatik nümayəndəlikləri olan ölkələri təqdim etmək məqsədi daşıyıb.
Festivalda səfirliyin mədəniyyət və reklam üzrə mütəxəssisi Sonya Piriyeva, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin tələbələri Polşanın zəngin mədəniyyətini təqdim ediblər.