"Pobeda" aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək

"Pobeda" aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək Aviaşirkət səbəb kimi Bakı hava limanının qiymətlərinin baha olmasını göstərib
Turizm
766
18 Avqust , 2017 11:54
Pobeda aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın aşağıbüdcəli "Pobeda" aviaşirkəti Rostov-Don şəhərindən Bakıya bərpasını planlaşdırdığı aviauçuşları təxirə salıb. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şəhərdən Bakıya uçuşlar 2017-ci ilin qış cədvəlində yer almayıb.

Məsələ ilə bağlı şirkətin mətbuat katibi Yelena Selivanova bildirib ki, Azərbaycan paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan "Pobeda" Bakıya reyslərin bərpasını planlaşdırmır.

"Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün "Pobeda" qiymətlərin dəyərini də artırmalı olacaqdı", - Y.Selivanova əlavə edib.

"Pobeda" şirkəti Rostov-Dondan Bakıya uçuşları 2016-cı il 30 oktyabrdan yerinə yetirməyə başlamışdı. Bu reys rostovlular arasında böyük rəğbət qazanmışdı. Lakin yayda kurort istiqamətlərə uçuşların yerinə yetirilməsi ilə əlaqədar reyslər dayandırılmışdı.

Hazırda şirkətin qış cədvəlində Rostov-Dondan Mosvka ("Vnukovo"), Sankt-Peterburq və Tbilisiyə uçuşlar qeyd edilib.

Son xəbərlər

Orphus sistemi