Pakistan mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib

Pakistan mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib Məqalədə Azərbaycanın turizm sahəsində görüldüyü işlərdən danışılıb
Turizm
26 İyul , 2017 19:50
Pakistan mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Pakistanın "The Destination" qəzetində və qəzetin internet səhifəsində "Azərbaycan – turizm məkanı" sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə, zəngin tarixi, mədəni və təbii irsi olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir.

Azərbaycanda turizmin bütün növlərinin – işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şəraitin olduğu diqqətə çatdırılır.

Qeyd olunur ki, dünyada mövcud olan 11 iqlim tipindən 9-na Azərbaycan ərazisində rast gəlmək mümkündür, buranın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır.

Müəllif qeyd edir ki, vaxtilə prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş müvafiq dövlət proqramlarının icrası ölkədə turizmin inkişafı və beynəlxalq turizm bazarına inteqrasiyanın təməlinin qoyulması üçün şərait yaradıb. Bunun davamı olaraq, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan edilməsi və "Eurovision-2012" nüfuzlu mahnı müsabiqəsinin Azərbaycan paytaxtında keçirilməsi bütün dünyadan turistlərin bu ölkəyə axını üçün şərait yaratmış və turizm sənayesinin inkişafına güclü təkan verib.

Məqalədə həmçinin, dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-xidmət infrastrukturunun təsis olunduğu, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdırıldığı oxucuların diqqətinə çatdırılır.

Son xəbərlər

Orphus sistemi