Ötən il Lənkərana gələn turistlərin sayı açıqlanıb - FOTO

Ötən il Lənkərana gələn turistlərin sayı açıqlanıb - FOTO Lənkəranın turizm potensialını əks etdirən HD formatlı videoçarx və bələdçi xəritəsi hazırlanıb
Turizm
220
13 Yanvar , 2017 12:49
Ötən il Lənkərana gələn turistlərin sayı açıqlanıb - FOTO

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Lənkəranın turizm potensialını əks etdirən HD formatlı videoçarx və bələdçi xəritəsi hazırlanıb. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə,  bu münasibətlə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, turizm sahəsinin inkişafı üçün ilk növbədə tanıtım tədbirləri böyük əhəmiyyət kəsb edir: "Bu səbəbdən ilk dəfə olaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Lənkəranın bələdçi kitabı hazırlanıb. Kitab üç dildə - Azərbaycan, Rus və İngilis dillərində nəşr olunub. Eyni zamanda ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatlı videoçarx və bələdçi xəritəsi hazırlanıb".

İ.Əzimov bildirib ki, Lənkəranın turizm imkanları son 10 ildə daha çox genişlənib və bu da gələn turistlərin sayında əsaslı dəyişikliklərlə müşahidə olunub: "2007-ci ildə Lənkərana gələn turistlərin sayı 3 500 nəfər olduğu halda 2016-cı ildə 16 000-dən artıq olub. Bundan başqa 2007-ci ildə Lənkəranda 4 mehmanxana və bu tipli obyekt olubsa, ötən il bu say 16-ya çatıb". 

Son xəbərlər

Orphus sistemi