Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb

Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb Ötən il Gürcüstana Azərbaycandan 1 526 619 nəfər səfər edib.
Turizm
10 Yanvar , 2020 15:41
Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb

Ötən il Gürcüstana Azərbaycandan 1 526 619 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə yollanan ziyarətçilərin sayında 102 009 nəfər və yaxud 7,2% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan Gürcüstana üz tutan əcnəbi ziyarətçilərin sayına görə birinci yeri tutub.

2019-cu ildə Gürcüstan Azərbaycanla yanaşı, ən çox ziyarətçiləri Rusiya (1 471 558 nəfər) və Ermənistandan (1 365 048 nəfər) da qəbul edib. Rusiyalı ziyarətçilərin sayı 4,8%, ermənistanlı ziyarətçilərin sayı isə 7,6% artıb.

Ötən il Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi sayı 9 357 964 nəfərə bərabər olub. İllik müqayisədə bu göstəricidə 7,8% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi