Peyvənd olunmuş turistlər Tailandın bir sıra regionlarına gedə biləcəklər

Peyvənd olunmuş turistlər Tailandın bir sıra regionlarına gedə biləcəklər Aşağı yoluxma səviyyəsinə malik ölkələrdən gələn və koronavirusa qarşı tam peyvənd olunmuş səyahətçilər noyabrın 1-dən etibarən Tailandın bir sıra regionlarına səfər edə biləcəklər.
Turizm
22 Oktyabr , 2021 16:10
Peyvənd olunmuş turistlər Tailandın bir sıra regionlarına gedə biləcəklər

Aşağı yoluxma səviyyəsinə malik ölkələrdən gələn və koronavirusa qarşı tam peyvənd olunmuş səyahətçilər noyabrın 1-dən etibarən Tailandın bir sıra regionlarına səfər edə biləcəklər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, turistlər üçün açıq elan edilən regionların sadalandığı müvafiq sənədi ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb.

Sənədə görə səyahətçilər paytaxt Banqkokdan savayı Krabi, Çonburi (Pattayya şəhəri, Banqlamunq, Siraça, Sattahip, Banqsaray rayonları və Siçanq adası), Çianqmay (eyniadlı şəhər, Doytao, Marin, Matanq rayonları), Trat (Çanq adası), Buriram (eyniadlı şəhər), Praçuapkhirikhan, Phanqnqa, Phuket, Ranonq, Rayond, Phetçaburi, Ley, Samutprakan, Suratthani (Samui, Phanqan və Tao adaları), Nonqkhay və Udonthani vilayətlərinə səfər edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi