Nazirlik: "Azərbaycan Bolqarıstan üçün mühüm turizm bazarıdır"

Nazirlik: "Azərbaycan Bolqarıstan üçün mühüm turizm bazarıdır" Azərbaycan Bolqarıstan üçün daha da genişlənəcək mühüm turizm bazarıdır.
Turizm
9 Mart , 2022 13:10
Nazirlik: Azərbaycan Bolqarıstan üçün mühüm turizm bazarıdır

Azərbaycan Bolqarıstan üçün daha da genişlənəcək mühüm turizm bazarıdır.

Bunu “Report"a bu barədə Bolqarıstanın Turizm Nazirliyindən bildirilib.

“Turizm Nazirliyi Bolqarıstanı əlverişli iqlimi olan, ilboyu səfər edilməli bölgə kimi tanıtmaq üçün səy göstərəcək. Bolqarıstan mədəni irsi ilə dağ, dəniz və  mineral suların vəhdətini təqdim edə bilər. Ölkəmizdə sağlamlıq və fizioterapiya təklif edən 54 balneologiya kurortu var”, – nazirlikdən deyilib.

Pandemiyadan əvvəl “Buta Airways” tərəfindən Bakı ilə Sofiya arasında yerinə yetirilən müntəzəm uçuşların turist səfərlərinə rəvac verdiyi də diqqətə çatdırılıb: “Təyyarə uçuşlarının nə vaxt bərpa ediləcəyinə dair hələlik məlumat verilməsə də, güman edirik ki, COVID-19 pandemiyası ilə bağlı gediş-gəliş məhdudiyyətləri ləğv ediləndə bu da baş tutacaq”.

Son xəbərlər

Orphus sistemi