Nazir: "Yay mövsümündə bahalaşma olmayacaq"

Nazir: "Yay mövsümündə bahalaşma olmayacaq" Əbülfəs Qarayev: "Bu il daxili turizmdə qiymət artımı müşahidə etməmişik"
Turizm
2 Aprel , 2015 16:25
Nazir: Yay mövsümündə bahalaşma olmayacaq

Bakı. 2 aprel.REPORT.AZ/ "Bu il daxili turizmdə qiymət artımı müşahidə etməmişik və bu bizi sevindirir. İnanıram ki, qarşıdan gələn yay mövsümündə də heç yerdə bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur". "Report"un məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 

Ə.Qarayev əlavə edib ki, Bakıda və bölgələrdə manatla göstərilən xidmətlər öz çərçivəsində qalmaqdadır. 

"Rəqabət ona gətirir ki, çoxlu hotelin tikilməsi sayəsində hər hotelin yeni təqdim olunan və yalnız ona məxsus olan xidmətlərin ortaya qoyulmasına marağın artdığını görürük. Bu bizi sevindirir. Çünki həmin qiymət müqabilində qonaqlara əlavə xidmət göstərilir. Məsələn, səyahətlər, muzeylərə giriş, konsertlərin təşkili və s. Biz yerli mədəniyyət və turizm idarələrinə tövsiyə etmişik ki, bu cür xidmətlər yerli mədəniyyət xidmətləri vasitəsilə imkan daxilində daha da çoxaldılsın. Bununla da turist hotelə gələrək yalnız səhər yeməyi əldə etmişdisə, indi hotellərin yaradıcı yanaşması sayəsində yay mövsümündə hər yerdə bu cür mədəni istirahət həmin qiymətə daxil olacaq. Bu isə artıq çeşidlilik, ucuzluq deməkdir", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi