Nazir: "Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək"

Nazir: "Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək" Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirmək niyyətindədir.
Turizm
6 Aprel , 2018 14:54
Nazir: Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək
İqtisadiyyat naziri Şahin Mustafayev / Report

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirmək niyyətindədir. 

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Şahin Mustafayevin ölkədə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşündə bildirilib. 

Ş.Mustafayev Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb, bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. O qeyd edib ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var. Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan “ASAN viza” sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən və tətillərdən asılı olmayaraq 3 saat ərzində viza verilir. Bu isə ölkəyə gələn turistlərin sayının artmasına böyük təkan verir. Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan nazir Azərbaycanda sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb. Bundan başqa, Azərbaycanın turizm potensialına dair birgə təqdimatlar təşkil edilə bilər və bu sahədə AZPROMO ilə əməkdaşlıq məqsədəuyğundur.

Z.Pololikaşvili isə Azərbaycana səfərindən, Prezident İlham Əliyevlə görüşməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində böyük potensialının olduğunu qeyd edən baş katib ökədə turizmin inkişafına, təmsil etdiyi təşkilatla əməkdaşlığa dair fikirlərini bildirib, Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.

Son xəbərlər

Orphus sistemi