Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə şəhərə gələn turistlərin rahat gediş-gəlişini təmin etmək üçün Naftalan - Goran dəmir yolu stansiyası - Naftalan marşrutu üzrə müasir standartlara cavab verən nəqliyyat vasitəsi istifadəyə verilib.
"Report" İcra Hakimiyyətinə istinadən xəbər verir ki, turistlərin bu istiqamətdə daşınması “

Gələcəkdə tələbat artarsa, nəqliyyat vasitələrinin sayı artırılacaq.
"Bu marşurutun açılmasının əsas səbəblərindən biri Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır", - deyə qurum bəyan edib.
Xatırladaq ki, 2019-cu ildə Naftalana gələn turistlərin sayı rekord həddə - 40 min nəfərə çatıb. Bunun 40%-i xarici turistlərdir.
