​Moskvada beynəlxalq “İmportozameşeniye” sərgisi keçiriləcək

​Moskvada beynəlxalq “İmportozameşeniye” sərgisi keçiriləcək Sərgi bu il sentyabrın 13-15-də baş tutacaq
Turizm
11 Avqust , 2016 20:53
​Moskvada beynəlxalq “İmportozameşeniye” sərgisi keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın Moskva şəhərində “İmportozameşeniye” adlı II beynəlxalq ixtisaslaşdırılan sərgi keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sözügedən sərgi sentyabrın 13-15-də baş tutacaq.

Sərgidə Rusiya ilə yanaşı, Çin, Belarus, Tacikistanı təmsil edən şirkətlərin məhsullarının nümayişi gözlənilir. Eyni zamanda sərginin 2-ci əsas hissəsini 8 "dəyirmi masa", 170-ə yaxın məruzə, Rusiyanın dövlət qurumları və yerli hakimiyyət orqanlarının çıxışlarından ibarət biznes proqramlar təşkil edəcək.

Sərginin biznes proqramlarında iştirak pulsuzdur.

Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi