Moskvada “İnnovasiyaların kəşfi” Forum və Texnologiyalar şousu keçiriləcək

Moskvada “İnnovasiyaların kəşfi” Forum və Texnologiyalar şousu keçiriləcək Forumda azərbaycanlı sahibkarlar iştirak edə bilərlər
Turizm
17 Sentyabr , 2015 19:45
Moskvada “İnnovasiyaların kəşfi” Forum və Texnologiyalar şousu keçiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Oktyabrın 28-dən noyabrın 1-dək Moskva şəhərində “İnnovasiyaların kəşfi” Forum və Texnologiyalar şousu keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “Report”a verilən məlumata görə, forumun keçiriləcəyi məkan dünyanın böyük muzey-sərgi komplekslərindən biridir.

Forum ustad dərsləri, vorkşop, mühazirə, disput və təqdimatlardan ibarət olacaq. Forumun əsas mövzusu “İnsan - texnoloji inqlabın pik nöqtəsində” adlanır və insan həyatının müəyyən mərhələlərdə texnologiyanın təsiri ilə (istehsal qabiliyyəti, yaşayış mühiti, sağlamlıq, təhsil və əyləncə) dəyişməsindən bəhs edir.

Forum çərçivəsində “İnnovasiyaların kəşfi” adlı sərgi də keçiriləcək. Forumda azərbaycanlı sahibkarlar iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi