Misir əcnəbi turistləri payızda gözləyir

Misir əcnəbi turistləri payızda gözləyir Misirdə beynəlxalq turizm fəaliyyətlərinin bərpası payızdan əvvəl güman edilmir.
Turizm
5 İyun , 2020 14:44
Misir əcnəbi turistləri payızda gözləyir

Misirdə beynəlxalq turizm fəaliyyətlərinin bərpası payızdan əvvəl güman edilmir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət beynəlxalq turizmin üzünə qapıları yenidən açmaq planlarını müzakirə edərək müvafiq tapşırıqlar versə də, konkret tarix göstərməyib.

Misir Turizm Palataları Federasiyasından bildirilib ki, ölkədə COVID-19 epidemiyasına dair mövcud vəziyyət (27 mindən artıq yoluxan və 1100 nəfərdən artıq ölən var) nəzərə alınsa, beynəlxalq turizmin bu il sentyabr – oktyabr aylarında yenidən açılacağını gözləmək olar. Həmin vaxtadək koronavirusa qarşı peyvənd dərmanının və ya müalicə üsulunun tapılacağı güman olunur.

Orphus sistemi