Mədəniyyət və Turizm Nazirliyi Caspian American Foruma rəsmi dəstək göstərəcək

Mədəniyyət və Turizm Nazirliyi Caspian American Foruma rəsmi dəstək göstərəcək Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq
Turizm
7 İyul , 2017 20:56
Mədəniyyət və Turizm Nazirliyi Caspian American Foruma rəsmi dəstək göstərəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dekabrın 6-da Bakıda keçiriləcək Caspian American Foruma rəsmi dəstək göstərəcək.

Caspian American Clubdan "Report"a bildirilib ki, bu barədə məlumat nazirlikdən Caspian American Club rəhbərliyinin adına ünvanlanmış rəsmi cavab məktubunda əksini tapıb.

Caspian American Club sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, “Caspian American Forum – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən çox nümayəndəsi iştirak edəcək. 

Onun sözlərinə görə, bu forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq.

Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.

Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq. 

Son xəbərlər

Orphus sistemi