​Mədəniyyət və Turizm Nazirliyi ASAN radio ilə birgə yeni layihəyə başlayıb

​Mədəniyyət və Turizm Nazirliyi ASAN radio ilə birgə yeni layihəyə başlayıb ASAN radionun efirində "Mədəni turizm" verilişi yayımlanacaq
Turizm
22 İyun , 2016 22:17
​Mədəniyyət və Turizm Nazirliyi ASAN radio ilə birgə yeni layihəyə başlayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi "ASAN radio" ilə birgə yeni layihəyə start verib.

"Report" xəbər verir ki, bu gündən etibarən "ASAN radio"da "Mədəni turizm" verilişi efirə çıxacaq.

Verilişin ilk qonağı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov olub. O, verilişdə daxili turizmin inkişafından danışıb.

Qeyd edək ki, veriliş hər həftənin üçüncü günü saat 19:00-da yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi