MDB ölkələrindən Rusiyaya turist kimi gedənlər arasında Azərbaycan vətəndaşları ikinci yerdədir

MDB ölkələrindən Rusiyaya turist kimi gedənlər arasında Azərbaycan vətəndaşları ikinci yerdədir Rusiyaya istirahət etməyə ən çox Qazaxıstan, Azərbaycan və Moldova vətəndaşları gedirlər
Turizm
104
26 Sentyabr , 2014 17:52
MDB ölkələrindən Rusiyaya turist kimi gedənlər arasında Azərbaycan vətəndaşları ikinci yerdədir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Son üç ildə MDB ölkələrinə turist axını iki dəfə artıb. "Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turizm üzrə Federal Agentliyi rəhbərinin müavini Nikolay Korolyov bildirib. 

Onun fikrincə, bu tempin yüksək səviyyədə saxlanılmasına səbəb dil və əksər hallarda viza maneələrinin olmamasıdır. 

Statistikaya əsasən, 2013-cü ildə Rusiya vətəndaşları yaxın ölkələrə 15,5 mln. dəfə səyahət ediblər, bu da 2012-ci ildə müşahidə olunan göstəricidən 6% çoxdur.  Öz növbəsində, MDB ölkələrinin vətəndaşları Rusiyaya səfərlərini 10% artırıblar. 

Rusiyada ən çox Qazaxıstan vətəndaşları istirahət edirlər (ötən ildə 15,5 mln. turist). İkinci yerdə təqribən 400 min nəfərlə Azərbaycan, üçüncü yerdə 290 min turistlə Moldova gəlir.

Rusiyalı turistlər isə daha çox Ermənistan, Belarus və Qazaxıstana istirahətə gedirlər. 

Son xəbərlər

Orphus sistemi