"Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin açılması bizim üçün çox xoşdur".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında münasibətlər olduqca güclü və dostcasınadır: "Bır sıra istiqamətlər üzrə əməkdaşlıq var və turizm də bu sahələrdən biridir".
M.Kvrivişvili deyib ki, nümayəndəliyin açılması Gürcüstan vətəndaşları üçün çox dəyərlidir. "Bu mərkəz vətəndaşlarımızın Azərbaycana səfər etmələrinə kömək edəcək".