Leyla Məmmədova: “Regionlardakı restoranlarda yemək bahadır”

Leyla Məmmədova: “Regionlardakı restoranlarda yemək bahadır” “Azərbaycanın regionlarındakı restoranlarda təklif olunan yemək bahadır. Bəzən müştərilərə elə qiymətlər deyirlər ki, o məbləğə paytaxtda yaxşı bir məkanda qidalanmaq olar”.
Turizm
109
18 Dekabr , 2019 12:14
Leyla Məmmədova: “Regionlardakı restoranlarda yemək bahadır”

“Azərbaycanın regionlarındakı restoranlarda təklif olunan yemək bahadır. Bəzən müştərilərə elə qiymətlər deyirlər ki, o məbləğə paytaxtda yaxşı bir məkanda qidalanmaq olar”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa"da deyib.

“Ölkədə qısamüddətli deyil, uzunmüddətli turizm yaratmaq lazımdır”, - o əlavə edib.

Xatırladaq ki, bu il iyunun 4-də Azərbaycanda aqroekoturizin inkişafına həsr olunmuş “Şəhərdən Kəndə” layihəsinin icrasına başlanılıb. Gələcəkdə layihəyə 500-dək fermerin cəlb edilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi