Lənkəranda gənclərin turizm təcrübəsinin artırılması ilə bağlı təlim və təcrübə proqramı keçirilib

Lənkəranda gənclərin turizm təcrübəsinin artırılması ilə bağlı təlim və təcrübə proqramı keçirilib Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən sentyabrda icrasına başlanmış Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsinin artırılması layihəsi çərçivəsində Lənkəran şəhərində ölkə gənclərini əhatə edən 3 günlük təlim və təcrübə proqramı həyata keçirilib.
Turizm
12 Noyabr , 2019 23:12
Lənkəranda gənclərin turizm təcrübəsinin artırılması ilə bağlı təlim və təcrübə proqramı keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən sentyabrda icrasına başlanmış "Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsinin artırılması" layihəsi çərçivəsində Lənkəran şəhərində ölkə gənclərini əhatə edən 3 günlük təlim və təcrübə proqramı həyata keçirilib.

"Report" xəbər verir ki, tədbirdə qonaq qismində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Əli Nurullayev və Ağakişi Baloğlanov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Mehman Əliyev Azərbaycan Gənclər Fondunun və təşkilatın fəaliyyəti haqqında məlumatları qeyd etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb. Təbirdə iştirak edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları da tədbirin təşkilini təqdirəlayiq hesab edib, layihənin gənclər üçün faydasından bəhs edib.

Biznes və karyera planlaşdırılması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü “Sahibkarlıq fəaliyyəti, ideyanın müəyyən edilməsi, biznes plan və sturkturu, marketinq planı, rəqiblərin təhlili, reklam üsulları, ölkəmizdə turizm sahəsində qəbul edilən son sərəncamlar və qanunlar, turizm sahəsində ölkəmizdə fəaliyyət göstərən qurumlar, turizm sahiblarlığının növləri, turların təşkili, bələdçilik fəaliyyəti, ölkəmizdə turizimin inkişafı üçün təkliflər və görülməli işlər və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb və qrup işləri təşkil edilib.

Tədbirin 3-cü günü isə Xanbulan gölü və Hirkan Milli Parkının ərazisindəki dəmirağac meşəliyi, Astara rayonunda Ləm adlanan XIX əsrə aid yay evi, Yanar bulaq, Ərçivan kəndindəki XIX əsrə aid hamam və Astara şəhərində yerləşən yeni salınmış Park-Bulvar ərazisi, Lənkəran şəhərindəki Xan evi və Dairəvi qalaya təcrübə turu təşkil edilərək, iştirakçılar məlumatlandırılıb.

Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi