Kruiz gəmiləri son iki həftədə Çində olmuş sərnişinləri qəbul etməyəcək

Kruiz gəmiləri son iki həftədə Çində olmuş sərnişinləri qəbul etməyəcək Beynəlxalq Kruiz Xətləri Assosiasiyası (CLIA) kruiz laynerlərinin son 14 gündə Çinə səyahət etmiş sərnişinləri qəbul etməyəcəyini açıqlayıb.
Turizm
3 Fevral , 2020 16:02
Kruiz gəmiləri son iki həftədə Çində olmuş sərnişinləri qəbul etməyəcək

Beynəlxalq Kruiz Xətləri Assosiasiyası (CLIA) kruiz laynerlərinin son 14 gündə Çinə səyahət etmiş sərnişinləri qəbul etməyəcəyini açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, yeni qaydalar yanvarın 31-dən qüvvəyə minib.

Məhdudiyyətlər Çində 360-dan çox insanın ölümünə səbəb olan yeni növ koronavirusun yayılması səbəbindən tətbiq olunub.

Qeyd edək ki, CLIA 60-dan çox şirkəti, o cümlədən “American Cruise Lines”, “Costa Cruises”, “Disney Cruise Line”, “Oceania Cruises”, “Regent Seven Seas Cruises”, “Royal Caribbean International”, “TUI Cruises” kimi məşhur şirkətləri özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi