Yuxarı

Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərə bilər - YENİLƏNİB

Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərə bilər

405

Kənan Quluzadə

"Çində yayılmış koronavirus dünyada daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə dünyada insanlar ölkələrindən çıxmağa çəkinirlər". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O həmçinin bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: "Bu ilin əvvəlində proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı 10% artacaq. Amma bu rəqəmi korrektə edirik. Korrektə bizdən asılı deyil, qlobal məsələlərlə bağlıdır".

P.S. Bu xəbərin ilk versiyasında ilk abzas "Çində yayılmış koronavirus Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə insanlar ölkələrindən çıxmağa çəkinirlər" formasında gedib. Bu, anlaşılmazlığın nəticəsi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi