Koreyada “Dünya Ərzaq Ekspo 2016” sərgisi açılacaq

Koreyada “Dünya Ərzaq Ekspo 2016” sərgisi açılacaq Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirə dəvət olunublar
Turizm
21 Oktyabr , 2016 20:09
Koreyada “Dünya Ərzaq Ekspo 2016” sərgisi açılacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ Koreya Beynəlxalq Sərgi Mərkəzində (KINTEX) “Dünya Ərzaq Ekspo Koreya 2016” sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Təşkil edilən sərgi bu il dekabrın 2-4-də baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirə dəvət olunublar.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi