Kambocada koronavirus depoziti tətbiq edilir

Kambocada koronavirus depoziti tətbiq edilir Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin qərarı ilə ölkəyə gələnlər 3 000 ABŞ dolları məbləğində “koronavirus depoziti” ödəyəcək.
Turizm
17 İyun , 2020 17:35
Kambocada koronavirus depoziti tətbiq edilir

Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin qərarı ilə ölkəyə gələnlər 3 000 ABŞ dolları məbləğində “koronavirus depoziti” ödəyəcək.

“Report” “Evening Standard”a istinadən xəbər verir ki, bununla yanaşı, əcnəbi turist viza, koronavirusa yoluxmadığını təsdiqləyən tibbi arayış, ən azı 50 min ABŞ dolları məbləğində təminatı olan tibbi sığorta şəhadətnaməsini təqdim etməlidir.

Adıçəkilən depozitdən nəqliyyat xidməti üçün 5 ABŞ dolları, koronavirus testi üçün 100 ABŞ dolları, test nəticəsi çıxanadək mehmanxana otağında gecə qalmaq üçün 30 ABŞ dolları, yemək haqqı üçün 30 ABŞ dolları çıxacaqlar.

Gələn təyyarənin və ya gəminin azı bir sərnişinində test müsbət çıxsa, onunla gələnlərin hamısı 14 günlük karantinə alınır. Onların hamısı öz hesablarına təkrar müayinədən keçiriləcək, üstəlik, mehmanxanada qaldıqları hər gün üçün 84 ABŞ dolları ödəyəcəklər.

Xəstə turist xəstəxanaya yerləşdirilməklə hər günə 225 ABŞ dolları ödəyəcək. Öləcəyi halda isə cəsədini yandırmaq üçün depozitdən 1 500 ABŞ dolları çıxılacaq.

Sərnişinlərin heç birində virus aşkarlanmasa, depozitdən yalnız 165 ABŞ dolları məbləğində test və mehmanxana xərcləri çıxılacaq.

Son xəbərlər

Orphus sistemi