İtaliyanın adasından qum oğurlamağa cəhd edən turist cərmələnib

İtaliyanın adasından qum oğurlamağa cəhd edən turist cərmələnib İtaliyanın Sardiniya adasından 2 kiloqram qum oğurlamağa cəhd edən bir Fransız turistə min avro pul cəzası verilib.
Turizm
4 Sentyabr , 2020 17:44
İtaliyanın adasından qum oğurlamağa cəhd edən turist cərmələnib

İtaliyanın Sardiniya adasından 2 kq qum oğurlamağa cəhd edən fransız turist 1 000 avro cərimələnib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, adanın Diamond Hava Limanında çantası yoxlanılan turistin plastik qabın içində qum apardığı aşkarlanıb. Qum ondan alınaraq yerli təhlükəsizlik orqanlarına təhvil verilib. Turistin kimliyi isə açıqlanmayıb. 

Xatırladaq ki, Sardiniya çimərliklərindəki ağ qum qorunan təbii ehtiyatlardandır. 2017-ci ildə qəbul edilmiş qanunla adada qum və çınqıl ticarəti qadağan edilib və buna görə 3 min avroya qədər cərimə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi