İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq

İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq İsveç səyahət edənlərdən koronavirus testi tələb etməyəcək
Turizm
18 Yanvar , 2022 17:48
İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq

İsveçdə səyahət edənlərdən koronavirus testi tələb olunmayacaq.

“Report” xəbər verir ki, bununla bağlı ölkə hökuməti məlumat yayıb.

“İsveçə girişdən 48 saat əvvəl edilən mənfi COVID-19 testi ilə bağlı xüsusi tələb ləğv edilib. Qərarın səbəbi səhiyyə idarəsinin sorğusudur”, - məlumatda bildirilib.

Dəyişiklik yanvarın 21-dən qüvvəyə minəcək.

Məlumata görə, Səhiyyə İdarəsi test tələbinin artıq faydalı olmadığı qənaətinə gəlib. İdarə hesab edir ki, səyahət edənlər İsveçdə “Omikron” ştamının xüsusi yayılması riski yaratmır.

Amma İsveçə səyahət edənlər COVID pasportu təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi