İndoneziya əcnəbilərin ölkəyə giriş qadağasının müddətini uzadıb

İndoneziya əcnəbilərin ölkəyə giriş qadağasının müddətini uzadıb Bu qərar koronavirusun yeni Britaniya ştammının ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Turizm
138
11 Yanvar , 2021 14:21
İndoneziya əcnəbilərin ölkəyə giriş qadağasının müddətini uzadıb

İndoneziya hökuməti əcnəbilərin ölkəyə girişinə tətbiq edilən qadağanın müddətini daha 14 gün uzadıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” İndoneziya İqtisadiyyat Nazirliyinə istinadən məlumat verib.

Bu qərar koronavirusun yeni Britaniya ştammının ölkəyə daxil olmasının qarşısını almaq məqsədi ilə qəbul edilib. Bundan əvvəl İndoneziyanın sərhədləri yanvarın 1-dən 14-dək bağladığı bildirilmişdi.

İndoneziyanın rəsmi olaraq turistlər üçün qapalı qalmasına baxmayaraq, 18-24 dekabr tarixlərində adaya 47 min turist gəlib. Belə ki, Yeni il qabağı məcburi karantin tətbiq edildikdən sonra ölkəyə girişə icazə var idi.

Cons Hopkins Universitetinin məlumatına görə, İndoneziyada pandemiya başlayandan bəri 828 min nəfər koronavirusa yoluxub, 24 min nəfər virus qurbanı olub.

Son xəbərlər

Orphus sistemi