İlham Əliyev: "Azərbaycan hər zaman İƏT-ə üzv dövlətlər arasında həmrəylik yolunda səylər göstərib"

İlham Əliyev: "Azərbaycan hər zaman İƏT-ə üzv dövlətlər arasında həmrəylik yolunda səylər göstərib" "2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır".
Turizm
28 İyun , 2022 11:39
İlham Əliyev: Azərbaycan hər zaman İƏT-ə üzv dövlətlər arasında həmrəylik yolunda səylər göstərib

"2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin islam konfransının 11-ci sessiyasının iştirakçılarına müraciətində bəyan edib.

"Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında həmrəyliyi, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib. Biz bundan sonra da, bu işə hər tərəfli töhvəmizi verməyə davam edəcəyik. Bu illərdə İƏT-in fəal üzvü kimi Azərbaycan üzv dövlətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar çərçivəsində öz əməkdaşlıq əlaqələrini qurub. Bakı şəhəri İƏT-ə üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib.

2017-ci ildə Azərbaycanda islam həmrəyliyi ili elan olunub və 54 dövlətin iştirakı ilə 4-cü islam həmrəylik oyunları keçirilib. İƏT Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini pisləyən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan, ölkəmizin suverənliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr və bəyanatlar qəbul edib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edib. Müharibə zamanı İƏT tərəfindən nümayiş olunan qətiyyətli mövqe və Azərbaycana verilən dəstəyi aşqışlayırıq.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, unikal relyef müxtəlifliyi, füsunkar təbiəti, qədim tarixi abidələri ilə zəngin turist potensialına malik bölgələrdir. Hazırda "Yaşıl Enerji" zonası elan edilmiş bu ərazilərdə aparılan geniş miqyaslı yenidənqurma və bərpa işləri "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun həyata keçirilir.

Əfsuslar olsun ki, Ermənistan bu ərazilərdəki bütün mədəni irsimizi, o cümlədən islam dininə aid bütün abidələri dağıdıb, 67 məsciddən 65-ni yerlə yeksan edib, qalan məscidlərə isə ciddi zərər vurub, heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədərək, təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hislərini təhqir edib. Ermənistan burada həmçinin ekosit törədərək meşələrimizi məhv edib, torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləndirib, şəhər və kəndlərimizi dağıdıb, çoxsaylı minalar basdırıb. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənsitan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir edilməsini şiddətlə qınayıb. Biz buna görə, üzv dövlətlərə və İƏT baş katibliyinə bir daha təşəkkürümüzü bildiririk", - dövlət başçısı bildirib.

"Əlamətdar haldır ki, İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin iclası artıq 2-ci dəfədir ki, ölkəmizdə keçirilir. Azərbaycan İƏT-ə üzv dövlətlərlə turist sahəsində səmərəli əməkdaşlıq edir. Statistik göstəricilərə əsasən, "COVID-19" pandemiyasından əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən 3 milyondan artıq turist Azərbaycana səfər edib. Xalqlarımızın dini və mədəni yaxınlığı, Azərbaycan xalqının qonaqpərvərliyi, turist infrastrukturunun inkişafı, asanlaşdırılmış viza sisteminin tətbiqi, habelə ölkəmizdə hökm sürən sabitlik və əmin amanlıq şəraiti Azərbaycanı turistlər üçün cəlb edici məkan edir. Biz qarşıdakı illərdə İƏT-ə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turist əlaqələrimizin daha da genişlənəcəyinə inanırıq. Əminəm ki, sessiya çərçivəsində aparılacaq müzakirələr turizm əməkdaşlığının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək. Sizə ən xoş arzulıarımı yetirirəm, sesiyanın işinə uğurlar diləyirəm", - İ.Əliyev fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi