İyunda ​Bakı-Podqoritsa aviareysi açılacaq

İyunda ​Bakı-Podqoritsa aviareysi açılacaq Azərbaycanlılar bu ölkədə 30 gün vizasız qala bilərlər
Turizm
3 Aprel , 2015 10:37
İyunda ​Bakı-Podqoritsa aviareysi açılacaq

Bakı. 3 aprel. REPORT.AZ/ Bu il də Bakıdan Podqoritsaya (Monteneqro) birbaşa çarter aviareysi açılacaq. Uçuşlar iyunun 25-dən sentyabrın 3-nə qədər yerinə yetiriləcək.

Uçuşları həyata keçirəcək turizm şirkətindən "Report"a verilən məlumata görə, yay mövsümündə iki nəfərin Monteneqroda bir həftəlik istirahəti 2 000 avrodan bir qədər artıq qiymətə başa gələcək. Bu məbləğə aviabilet (hər iki istiqamətdə), transfer, sığorta, hoteldə gecələmə və turistin seçdiyi qidalanma daxildir.

Qeyd edək ki, son bir neçə ildə Monteneqro Azərbaycan vətəndaşları üçün yay mövsümü zamanı viza rejimini ləğv edir. Bu qayda yalnız turist səfərləri üçün keçərlidir. Bu ölkəyə turist kimi gəlmiş Azərbaycan vətəndaşları Monteneqroda 30 gün ərzində qala bilərlər.

Son xəbərlər

Orphus sistemi