İstanbulda Gəncə və Naxçıvan turizminin təqdimatı olub - FOTO - VİDEO

İstanbulda Gəncə və Naxçıvan turizminin təqdimatı olub - FOTO - VİDEO İstanbul. 13 noyabr. REPORT.AZ/ İstanbulda Türkiyə Səyyahət Agentliyinin (TÜRSAB) ev sahibliyi ilə Gəncə və Naxçıvan şəhərlərinin təqdimatı olub.
Turizm
984
13 Noyabr , 2018 15:22
İstanbulda Gəncə və Naxçıvan turizminin təqdimatı olub - FOTO - VİDEO

İstanbul. 13 noyabr. REPORT.AZ/ İstanbulda Türkiyə Səyyahət Agentliyinin (TÜRSAB) ev sahibliyi ilə Gəncə və Naxçıvan şəhərlərinin təqdimatı olub.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, təqdimatda Türkiyənin qabaqcıl turizm şirkətlərinin nümayəndələri, turizim bələdçiləri, KİV nümayəndələri iştirak edib. 

Görüntülər və fotolar vasitəsilə iki bölgənin turizm potensialından danışılıb, iqlimdən infrastruktura qədər yaradılan imkanlar təqdim olunub. Alman fotoqraf Felipe Barancanın bu il Gəncə şəhərindən çəkdiyi fotolar tədbir iştirakçılarına təqdim olunub. 

İştirakçılar bir verilişini Gəncədən hazırlayan “Dünyanı Gəziyorum” proqramını izləyib şəhərin tarixi keçmişi, milli mətbəxi, milli bayramları, adət-ənənələri, müasir binaları, tarixi abidələri, infrastukturu və s. haqqında əyanı olaraq məlumatlanıblar. Bölgədə əlverişli turizm potensialının olması, qədim "İpək yolu"nun üzərində yerləşməsi tarixin bütün dövrlərində şəhəri mərkəz halında saxladığı vurğulanıb. 2016-cı ildə Avropanın Gənclər Şəhəri seçilən Gəncə şəhərinin, 2019-cu ildə Avropanın idman paytaxtı seçildiyi, bu şəhərdə bir çox beynəlxalq səviyyəli idman tədbirlərinin keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. 

Daha sonra Naxçıvan şəhəri haqqında ətraflı məlumatlar verilib. Muxtar Respublikanın yerləşdiyi coğrafi bölgə, sərhədlərini əks etdirən xəritə iştirakçılara təqdim olunub. 5000 illik tarixi olan və karvan yolu üzərində yerləşən bölgənin iqlimi barədə məlumat verilib. Daha sonra Naxçıvanın Bayraq Meydanı, Naxçıvanın ən gözəl guşəsində, geniş ərazidə yerləşən Türk şəhidliyi, Heydər Əliyev muzeyi, Naxçıvan Dram Teatrı haqqında iştirakçılara məlumatlar verilib. Naxçıvanın tarixi abidələrindən Möminəxatun Türbəsi, Xan sarayı, Naxçıvan qalası, Əshabi-kəf, Əlincə qalası haqqında video görüntülər təqdim olunub. Naxçıvanda fəaliyyət göstərən müalicəvi obyektlər - Ağbulaq, Duzdağı, Batabat gölü haqqında da tədbir iştirakçılarına geniş məlumatlar verilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi