İspaniyanın Palma-de-Mayorka şəhərində turistlərin ev kirayələməsi qadağan edilib

İspaniyanın Palma-de-Mayorka şəhərində turistlərin ev kirayələməsi qadağan edilib Bu addım Mayorka paytaxtında mənzillərin kəskin bahalaşması səbəbindən atılıb
Turizm
3 May , 2018 23:42
İspaniyanın Palma-de-Mayorka şəhərində turistlərin ev kirayələməsi qadağan edilib

Bakı. 3 may. REPORT.AZ/ Palma-de-Mayorka bu mövsümdən çoxmərtəbəli binalarda turizm məqsədi ilə mənzillərin icarəyə verilməsinin qadağan ediləcəyi ilk İspaniya şəhəri olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.

Balear adaları və Mayorka adasının paytaxtı Palmanın Şəhər Şurası fərdi sahibkarlara çoxmərtəbəli binalarda mənzil kirayə verməyi qadağan edən qanun layihəsi qəbul edib. İyul ayından qüvvəyə minəcək qadağa tək ailələrin yaşadığı ayrıca ev və villaları nəzərdə tutmur.

Palma hökuməti bu addımı onunla izah edir ki, "Airbnb" tipli saytların məşhurluğu səbəbindən turizmin nəzarətsiz artımı Mayorka paytaxtında mənzillərin kəskin bahalaşmasına gətirib çıxarıb.

Son 4 ildə burada daşınmaz əmlakın icarəsi 40 faiz artıb. Bu səbəbdən adaya gələn mütəxəssislər burada çox qalmırlar. Çünki burada, xüsusilə mövsümdə çox bahalaşan mənzil kirayə etmək onların büdcəsinə görə deyil.

Son xəbərlər

Orphus sistemi