Gürcüstanın turizmdən builki gəliri 3 mlrd. dolları ötüb

Gürcüstanın turizmdən builki gəliri 3 mlrd. dolları ötüb Tbilisi. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 3,2 mlrd. dolları ötüb.
Turizm
18 Dekabr , 2018 17:56
Gürcüstanın turizmdən builki gəliri 3 mlrd. dolları ötüb

Tbilisi. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 3,2 mlrd. dolları ötüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, qonşu ölkə xarici turizmdən ən çox gəliri 442,9 mln. olmaqla avqust, ən az gəliri isə 156,6 mln. dollar olmaqla yanvar ayında əldə edib.

Təkcə noyabr ayında Gürcüstan turizmdən 185,4 mln. dollar qazanıb ki, bu da illik müqayisədə 10,1% çoxdur.

Qeyd edək ki, bu ilin ilk 11 ayı ərzində Gürcüstana 8,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib ki, onların da 1 311 907 nəfərini Azərbaycandan səfər edənlər təşkil edib.

Qonşu ölkənin 2017-ci ildə turizmdən əldə etdiyi gəlir 2,75 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi