Gürcüstan sentyabrda turizm gəlirlərini 10 dəfədən çox artırıb

Gürcüstan sentyabrda turizm gəlirlərini 10 dəfədən çox artırıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan turizmdən 865,8 milyon ABŞ dolları gəlir əldə edib ki, bunun da 161,9 milyon dolları ötən ayın payına düşüb.
Turizm
21 Oktyabr , 2021 11:02
Gürcüstan sentyabrda turizm gəlirlərini 10 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan turizmdən 865,8 milyon ABŞ dolları gəlir əldə edib ki, bunun da 161,9 milyon dolları ötən ayın payına düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilir.

Sənədə əsasən, sentyabrda qonşu ölkənin tuirizm gəlirləri ötən ilin eyni dövrünə nisbətən 10,3 dəfə artıb.

Ötən ay Gürcüstan 209,6 min nəfəri turist olmaqla 223,5 min nəfər beynəlxalq ziyarətçi qəbul edib. Bu, illik müqayisədə 4,3 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi