Göygöldə alman irsi ilə əlaqədar Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

Göygöldə alman irsi ilə əlaqədar Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub Göygöl. 17 iyul. REPORT.AZ/ Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılışı ilə əlaqədar tədbir keçirilib.
Turizm
17 İyul , 2018 19:12
Göygöldə alman irsi ilə əlaqədar Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
Report

Göygöl. 17 iyul. REPORT.AZ/ Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılışı ilə əlaqədar tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl Regional Muzeyində baş tutan tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab və Berlinin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux iştirak ediblər.

Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış şəhərdə yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış olub.

İdarəetmə sisteminin xanım Eva Maria Aux tərəfindən təqdimatından sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti keçirilib. Daha sonra, Göygöldə yerləşən kilsədə "Azərbaycan memarlığında alman irsi“ kitabının təqdimatı olub, çıxışlar edilib. Kitabın müəllifi Elçin Əliyev tərəfindən tədbir qonaqlarına imzalanmış kitablar hədiyyə edilib.

Qeyd edək ki, ilk dəfə 1818-ci ildə Azərbaycana gələn almanlar Helenendorf koloniyasını (sonradan Xanlar və Göygöl) yaradıblar. Sonralar alman cəmiyyəti daha da böyüyüb və yeni yaşayış məskənləri yaradılıb. 1941-ci ilin avqustunda Azərbaycan SSR-nin alman vətəndaşları Stalin rejiminin qərarı ilə Mərkəzi Asiyaya sürgün olunub.

Son xəbərlər

Orphus sistemi