​Gəncənin Hacıkənd qəsəbəsində Beynəlxalq skaut düşərgəsi salınıb - FOTO

​Gəncənin Hacıkənd qəsəbəsində Beynəlxalq skaut düşərgəsi salınıb - FOTO İyulun 24-nə qədər davam edəcək düşərgəyə 9 ölkədən skautlar qatılıb
Turizm
19 İyul , 2016 14:12
​Gəncənin Hacıkənd qəsəbəsində Beynəlxalq skaut düşərgəsi salınıb - FOTO

Gəncə. 19 iyul. REPORT.AZ/  Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yaşları 6-17 olan 300-dən çox iştirakçının qatıldığı "Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsi salınıb. "Report"un Qərb bürosunun xəbərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri düşərgənin qonağı olub və orada yaradılmış şəraitlə tanış olublar.
Skautlarla görüşən icra başçısı çıxış edərək bütün qonaqları salamlayıb və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində təşkil olunan bu cür düşərgədə onlara xoş zaman keçirmələrini yeni-yeni dostlar qazanmalarını arzu edib, onların 24 saat təhlükəsizliyi üçün polis qüvvələrinin ayrıldığını bildirib. Görüş düşərgədəki adları Azərbaycan dağlarının adını daşıyan, 6 skaut komandaların üzvləri tərəfindən təşkil edilmiş xüsusi rəqs və mahnı ifaları ilə başa çatıb.

Qeyd edək ki, iyulun 24-nə qədər davam edəcək "Wonderland" adlı beynəlxalq skaut düşərgəsinə, Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Polşa, Ukrayna, Misir, Sloveniya, Belarus, Bəhreyn və Seyşel Adalarının skautları qatılıb. Düşərgəyə qoşulmaq ödənişlidir və Azərbaycan Skautlar Assosiasiyasının üzvləri 25, elandan sonra qoşulmaq istəyən qeyri üzvlər isə 100 manat ödəməlidir. Bu ödənişlərə düşərgə yerinə gediş və düşərgə yerindən gəliş haqları, gün ərzində yeməklər, köynəklər və düşərgənin proqramında nəzərdə tutulmuş turlar daxildir. Düşərgə iştirakçıları pionerinq, atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, Göygöl və Maralgölə yürüşlər, trekkinq, idman oyunları, ekstremal gecələmə, maneələr zolağı, “Gəncə Macəraları” – Şəhər turu və digər maraqlı fəaliyyətlərlə məşğul olacaqlar.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkil etdiyi düşərgəyə 9 ölkədən skautlar qatılıb.

Son xəbərlər

Orphus sistemi